Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş

Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş






presstv

"Presstv"az #Audi, #Bakı, #İnzibati Xətalar Məcəlləsi, #Məzuniyyət, #Neftçi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən Xəzər Universitetində (Neftçilər korpusu) bir sıra əmək müqavilələrinin elektron sistemə keçirilmədiyi müəyyən edilib.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, bu səbəbdən ali təhsil müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş protokolla cərimələnib.

Yoxlama zamanı universitetin 43 əməkdaşına aid əmək müqavilələrinin elektron qaydada rəsmiləşdirilmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün qurum universitetə 3 iş günü vaxt verib. Lakin müəyyən olunmuş müddətdə tələb yerinə yetirilmədiyi üçün Xəzər Universiteti İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 2 min manat məbləğində cərimə edilib.

Nizami Rayon Məhkəməsi protokola əsasən cəriməni qüvvədə saxlayıb. Lakin universitet qərarla razılaşmadığını bildirib.

Qeyd olunub ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən 3 günlük müddət ərzində işçilərin əksəriyyəti məzuniyyətdə olublar. Həmçinin universitetin mövqeyinə görə, işçilər məzuniyyətdə olmasalar belə, 43 əmək müqaviləsinin cəmi 3 gün ərzində elektron sistemə daxil edilməsi texniki baxımdan mümkün deyil.

Məhkəmə universitetin bu izahını əsaslı saymayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv