Rusiya XİN Ermənistanı etik prinsipləri pozmaqda ittiham etdi

Rusiya XİN Ermənistanı etik prinsipləri pozmaqda ittiham etdi






presstv

"Presstv"az #Ailə, #ATƏT-in Minsk Qrupu, #Audi, #Bakı, #Ermənistan, #İrəvan, #Kazan, #Münaqişə, #Nazirlər Kabineti, #Rusiya, #Vəzifə, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan hökuməti ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materiallarını, eyni zamanda, dövlət başçılarının yazışmalarını icazəsiz yaymaqla etik normaları pozub”.

presstvaz xəbər verir ki, bu açıqlamanı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova verib.

Daha əvvəl Ermənistan hökuməti “Qarabağ münaqişəsinin nizamlanması üzrə” danışıqlar prosesinin sənədlərini dərc edib. Nazirlər Kabinetinin saytında yerləşdirilən materiallar arasında ümumilikdə 13 sənəd, o cümlədən Kazan prinsipləri, Minsk Qrupu vasitəçilərinin 2019-cu ildə verilmiş təklifləri, eyni zamanda, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın Rusiya Prezidenti Vladimir Putinə avqust 2016-cı il tarixli məktubu və s. də var.

“Minsk qrupu həmsədrləri üçlüyünün iş materiallarını və xüsusən də maraqlı tərəflərin icazəsi olmadan dövlət başçılarının yazışmalarını açıqlamaqla, İrəvan sadəcə olaraq etik normalara məhəl qoymayıb. Bir halda ki, onlar bunu ediblər, biz də buna şərh verərik. Fikrimcə, dərc olunmuş materiallar rəsmi İrəvanın son vaxtlar irəli sürməyə çalışdığı tezisləri dağıtmış olur”, – deyə diplomat qeyd edib.

M.Zaxarova bildirib ki, Rusiyanın da qəbulunda yaxından iştirak etdiyi BMT və ATƏT sənədlərinin ictimailəşdirilməsi bircə məqamı sübut edir: Rusiya üç onillik ərzində öz tərəfindən və Minsk qrupu həmsədri kimi münaqişənin siyasi-diplomatik yolla həllində ciddi cəhdlər göstərib və “heç də az iş görməyib”.

“Vasitəçilərin, Minsk qrupu həmsədrlərinin vəzifəsi isə sözügedən şəraitdə Bakıya və İrəvana münaqişənin həllində yardım göstərmək, bunu ömürlük düşmənçiliyə çevirməmək idi. Bəli, bu sənədlərdən belə çıxır ki, imkanlar olub, amma onlar əldən verilib. Bu isə bizim günahımız deyil”, – deyə M.Zaxarova fikrini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv