Putin: “Rusiya istənilən halda Ukraynada öz məqsədlərinə çatacaq”

Putin: “Rusiya istənilən halda Ukraynada öz məqsədlərinə çatacaq”






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Audi, #Avropa, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Moskva ABŞ-nin Ukraynaya dair sülh təklifinin bəzi məsələləri ilə razı deyil, lakin bunlar müzakirə olunub”.

presstvaz Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “India Today” telekanalına müsahibəsində deyib.

Rusiya lideri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşnerlə danışıqlara toxunaraq, nəticə barədə fikir yürütməyin hələ tez olduğunu deyib: “Belə bir görüş zəruri və faydalı idi”.

Putinin sözlərinə görə, ABŞ tərəfinin təklifləri bu və ya digər şəkildə Alyaskada Trampla əldə olunan razılaşmalara əsaslanıb.

“Uitkoff ilə danışıqlar zamanı biz praktiki olaraq hər bir məqamı nəzərdən keçirməli olduq”, – deyə Rusiya lideri görüşün beş saatdan çox davam etməsinə aid suala cavabında bildirib.

Rusiya prezidenti bəyan edib ki, ölkəsi istənilən halda, istər hərbi, istərsə də digər vasitələrlə Ukraynada öz məqsədlərinə çatacaq:

“ABŞ rəsmiləri hazırda Rusiya, Avropa və Ukrayna ilə əlaqə saxlayırlar. Tramp Administrasiyası Ukrayna münaqişəsinin həlli kimi çətin missiyanı öz üzərinə götürüb. ABŞ-nin Ukrayna ilə bağlı fikirlərində Rusiyaya nəyin uyğun olduğunu söyləmək hələ tezdir”.

Müsahibə zamanı o, Rusiyanın G8-ə qayıtmaq niyyətində olmadığını da bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv