“Azəriqaz”ın əməkdaşı araq içib qonşusunun həyətinə od vurdu

“Azəriqaz”ın əməkdaşı araq içib qonşusunun həyətinə od vurdu






presstv

"Presstv"az #"Azəriqaz", #Audi, #Bərdə Rayon Məhkəməsi, #Bərdə rayonu, #Hadisə, #Məhkum, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq, ot tayalarını yandırıb.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Qəhrəmanlı kəndində baş verib.

Əhməd Hüseynov (adı və soyadı şərtidir) izahatında bildirib ki, Bərdə rayonunun Qəhrəmanlı kəndində qayınatasına məxsus evdə yaşayıb. “Azəriqaz” İB-nin Bərdə filialında çilingər vəzifəsində işləyib.

“Həmin axşam çox miqdarda spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə hadisəni necə törətməsini xatırlamıram. Hadisənin baş verdiyi gün saat 20-21 radələrində yaşadığım evə yaxın adam qonaq gəlib. Birlikdə yemək yeyib, 3 nəfərə 700 qram tut arağı içdik”, – deyə Əhməd Hüseynov bildirib.

O qeyd edib ki, qonaq gəlməmişdən əvvəl də yeddi bakal pivə içib. Sonra isə evdən çıxıb qonağı yola salmaq üçün kəndin ortasına gedib. Taksi marketin yanına gəlib, qonağı oradan yola salıb. Daha sonra yaxınlıqdakı marketdən bir ədəd pivə alıb içib.

Ə.Hüseynov qeyd edib ki, daha sonra qonşusunun evinin yanına gedib dəmir tor hasardan keçib və ot tayasını yandırıb. Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyi, ədavəti olmayıb, içkili olduğundan özündə olmayıb. İki ot tayası yandırıb, daha sonra marketin qabağına gəlib. Yanğın yerinə kənd adamları toplaşıblar, o da həmin yerə gedib. Ancaq tayanı yandırdığını heç kimə deməyib. Digər taya qonşusunun evindən təxminən 40 metr aralıda olub və ora gedərək həmin tayanı da yandırıb.

Bərdə Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv