Plastik torbaların qiyməti QALXDI

Plastik torbaların qiyməti QALXDI






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur. “Bu qiymət dəyişimi istehlakçı davranışına necə təsir edəcək?” sualı gündəmə gəlsə də, müşahidələr hələlik ciddi dəyişikliyin olmadığını göstərir.

Şəhərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, plastik torbaların qiyməti artsa da, bu, insanların seçiminə ciddi təsir etməyib. Alıcıların böyük əksəriyyəti yenə də polietilen torbalara üstünlük verirlər.

Bəzi istehlakçılar mağazalarda başqa alternativin az olduğunu bildirirlər:

“Mağazalarda çox vaxt plastik paketlər təklif olunur, mən məcbur olub onlardan götürürəm”.

Marketoloq Qələndər Məmmədlinin sözlərinə görə, əsas problem alternativlərin təqdimatındadır:

“Marketlərdə istehlakçı kassaya gələndə onun üçün əlçatan olan plastik torbalardır. Ətraf mühit üçün zərərsiz olan torbalar isə adətən ayrı rəflərdə, gözəçarpmayan yerlərdə olur”, – deyə o vurğulayıb.

Daha ətraflı AzTV-nin süjetində:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv