Macar tərcüməçi Putinin sözlərini səhv tərcümə edib

Macar tərcüməçi Putinin sözlərini səhv tərcümə edib






presstv

"Presstv"az #Audi, #Hakim, #Macarıstan, #Rusiya, #Ukrayna, #Viktor Orban, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstanın Baş naziri Viktor Orbanın Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı tərcüməçinin səhvləri səbəbindən Rusiya liderinin sözləri qeyri-dəqiq çatdırılıb.

presstvaz bu barədə “Telex” nəşrinə istinadən xəbər verir.

Tərcüməçi Putinin bir sıra fikirlərini ya yumşaldıb, ya da tamamilə fərqli formada ifadə edib. Bu yanlışlıqların bir hissəsi Ukrayna mövzusu ilə bağlı olub.

Məsələn, Putin “Ukrayna məsələsində sizin tarazlı mövqeyinizi bilirik” dediyi halda, tərcüməçi bunu “Və mən bilirəm ki, beynəlxalq siyasət, əlbəttə, sizə təsir göstərir” kimi çatdırıb.

Hakim “Fides” partiyasının kommunikasiya direktoru, parlamentin üzvü Tamaş Mentser tərcüməçinin hərəkətlərini izah edərkən deyib:

“O, Rusiya prezidentinin sözlərini yaxşı eşitməyib. Belə hallar olur, hər kəsin pis günü ola bilər. Həmin qadın tərcüməçi bu sahədə rus dilindən macar dilinə ən yaxşı tərcüməçi sayılır”.

Xatırladaq ki, Orban noyabrın 28-də Putinlə danışıqlar üçün Moskvaya səfər etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv