Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib

Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Cinayət işi, #İstanbul, #milyarderlər, #Rusiya, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.

presstvaz-ın məlumatına görə, o, sosial şəbəkədə özü bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.

Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.

Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.

Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı “təxirəsalınmaz ailə tədbirinə” gedirdi? Aydındır ki, Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyib…

Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də, qısa müddətdə onun “təkzib”i Türkiyədən verdiyi məlum olmuşdu.

Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya yayılıb.

Onu da qeyd edək ki, vaxtilə Rusiyada “Milyarderlər ittifaqı”nın namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının kimlər olduğu heç kimə sirr deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv