Aylıq 440 manat alimenti ödəməyən ana məhkəməyə verildi

Aylıq 440 manat alimenti ödəməyən ana məhkəməyə verildi






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağsuda atalarının himayəsində olan 4 övladına aliment ödəyə bilməyən ana məhkəməyə verilib.

presstvaz “Qafqazinfo”ya istinadla xəbər verir ki, boşanma qərarına əsasən, Səbinə (şərti) dörd uşağına ümumilikdə aylıq 440 manat aliment ödəməlidir.

Lakin qadın uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Ərinin icra məmuruna şikayətindən sonra onun 6 390 manat aliment borcunun yarandığı müəyyən edilib.

Səbinə məhkəmədə deyib ki, alimenti qəsdən yox, imkansızlıqdan ödəyə bilmir. O, atalarının himayəsində olan dörd uşaqdan əlavə daha bir övladının olduğunu bildirib. Qadın deyib ki, həmin övladı ağır xəstəlikdən əziyyət çəkdiyindən qazancının böyük hissəsini onun müalicəsinə sərf edir.

İcra məmuru qadının öhdəliyi yerinə yetirmədiyi üçün inzibati qaydada həbs olunmasını tələb etsə də, məhkəmə başqa qərar qəbul edib. Aylıq 440 manat alimenti ödəyə bilməyən qadın 500 manat da cərimə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv