2,4 milyon manatlıq qızılın qanunsuz yolla Azərbaycana keçirilməsinin qarşısı alındı

2,4 milyon manatlıq qızılın qanunsuz yolla Azərbaycana keçirilməsinin qarşısı alındı






presstv

"Presstv"az #Audi, #Aviareys, #Azərbaycan, #Bakı, #Cinayət işi, #İstanbul, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Azərbaycana qanunsuz 11 kiloqrama yaxın qızıl gətirilməsinin qarşısını alıb.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının “Terminal 1” gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən, xüsusilə külli miqdarda, 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883.82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0.6 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatlarını izi azdırmaq məqsədilə bir şəxs Dubaydan İstanbula, oradan isə digər şəxs Bakıya gətirib.

Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv