Qarabağ Universiteti nə vaxt akkreditasiyadan keçəcək?

Qarabağ Universiteti nə vaxt akkreditasiyadan keçəcək?






presstv

"Presstv"az #Nazirlər Kabineti, #Qarabağ Universiteti, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ali təhsil müəssisələri ilk məzun buraxılışından sonra akkreditasiyadan keçirlər. Bu qaydaya uyğun olaraq, Qarabağ Universitetinin də iki il sonra akkreditasiya prosesi başlayacaq”.

presstvaz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, Qarabağda ali təhsilin uzun fasilədən sonra bərpa olunması və yeni model üzrə formalaşması akkreditasiya tarixində xüsusi bir mərhələ olacaq.

Tural Əhmədov əlavə edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən, akkreditasiyada (institusional və ya proqram) uğur əldə etməyən ali təhsil müəssisələri bir ildən sonra təkrar prosesə cəlb olunurlar:

“Belə halda onların mövcud institusional akkreditasiya şəhadətnaməsinin müddəti iki il uzadılır. Bu dövr ərzində universitetlər yekun hesabatdakı tövsiyələr əsasında fəaliyyət planı hazırlayır, daxili keyfiyyət təminatını gücləndirir və zəruri təkmilləşdirmələri həyata keçirirlər.

Agentlik isə həmin müddətdə ali təhsil müəssisələrinə davamlı dəstək göstərir”.

Agentlik rəhbərinin sözlərinə görə, əsas məqsəd cəzalandırmaq deyil, inkişaf üçün şərait yaratmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv