Bakıda TDT Media və İnformasiya üzrə nazirlərin yeddinci toplantısı keçirilib, kommünike qəbul olunub

Bakıda TDT Media və İnformasiya üzrə nazirlərin yeddinci toplantısı keçirilib, kommünike qəbul olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Özbəkistan, #Prezident Administrasiyası, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin toplantısının sonunda kommünike qəbul edilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu, TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin Bakıda keçirilən yeddinci toplantısı çərçivəsində baş tutub.

10:15

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin yeddinci toplantısı keçirilir.

presstvaz “Report”a istinadən xəbər verir ki, iclasda TDT Baş katibinin müavini Ömer Kocaman, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak edir.

İştirakçılar tədbir çərçivəsində üzv dövlətlər arasında birgə layihələrin təşkili, informasiya resurslarının qarşılıqlı istifadəsinin təşviqi, media nümayəndələri arasında peşəkar əlaqələrin dərinləşdirilməsi və müasir media texnologiyaları üzrə təcrübə mübadiləsinin artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Toplantıda üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçiriləcək, həmçinin Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının keçiriləcəyi yer müəyyənləşəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv