“Odun bahadır, camaatın almağa pulu çatmır” – Kənd sakinləri niyə soyuqda qalmağa məcbur olublar?

“Odun bahadır, camaatın almağa pulu çatmır” – Kənd sakinləri niyə soyuqda qalmağa məcbur olublar?






presstv

"Presstv"az #Audi, #Quba, #Soyuducu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quba rayonunun Vladimirovka kəndinin sakinləri illərdir bir sıra ciddi çətinliklərlə üz-üzə qaldıqlarını bildirirlər. Kənddəki əsas problemlər qaz və elektrik enerjisi təminatı ilə bağlıdır.

Sakinlərin sözlərinə görə, kəndin bir hissəsində qaz təminatı mövcuddur, lakin digər hissəsi hələ də qazsız yaşayır. Təxminən bir il əvvəl ərazidə başlanan qazlaşdırma işləri yarımçıq qalıb, bu da soyuq qış aylarında yerli əhali üçün böyük çətinliklər yaradır.

“Odun bahadır, camaatın almağa pulu çatmır. 400-500 manata, limitlə alırıq. Bura şimal bölgəsidir. Burada qış sərt keçir”, – deyə sakinlərdən biri vəziyyəti izah edib.

Sakinlər “xətlərin pis vəziyyətdə olması, dəyişilməməsi, dirəklərin pis vəziyyətdə olması” səbəbindən tez-tez fasilələrlə qarşılaşdıqlarını qeyd edirlər.

Gərginliyin qeyri-sabit olması səbəbindən məişət texnikası tez-tez sıradan çıxır. Sakinlər bu barədə belə danışıblar: “Televizor, soyuducu tez-tez sıradan çıxır. Soyuducunun yanında işlətməyə transformator alırıq, tez-tez yanır”.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv