Reper Makan Rusiya Milli Qvardiyasının elit xüsusi təyinatlı qüvvələrində xidmət edəcək

Reper Makan Rusiya Milli Qvardiyasının elit xüsusi təyinatlı qüvvələrində xidmət edəcək






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Dondurma, #Jurnalistlər, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Reper Makan (Macan – əsl adı Andrey Kosolapov) Rusiya Milli Qvardiyasının elit xüsusi təyinatlı qüvvələrində xidmət edəcək.

Bu barədə presstvaz “SHOT” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, müğənninin xidmət edəcəyi qoşun bölməsi müəyyən edilib. 23 yaşlı Andrey Kosolapov “Vityaz” xüsusi təyinatlı mərkəzə təyin edilib.

Onun qarşısına qoyulan tapşırıq terrorizmə qarşı mübarizə, girovların xilas edilməsi və kütləvi iğtişaşların qarşısının alınmasıdır.

2002-ci ildə “vityazlar” “Nord-Ost” müziklində girovların xilas edilməsi əməliyyatında iştirak ediblər, bölmənin mövcud olduğu müddət ərzində isə ən azı 16 xüsusi təyinatlı Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüblər.

Oktyabrın 6-da Makan çağırış bildirişi aldığını və tezliklə ordu xidmətinə gedəcəyini açıqlayıb. Müğənni sarı medianı yalan danışmamağa çağırıb. O, heç vaxt ordudan gizlənmədiyinə də əmin edib.

Daha əvvəl bildirildiyinə görə, 23 yaşlı sənətçi son bir ildə altı çağırışa məhəl qoymayıb. İndi ondan yenidən hərbi komissarlığa gəlməsi tələb edilib – yeddinci çağırış onun Moskvanın Ramenki şəhərindəki qeydiyyat ünvanına göndərilib. Jurnalistlərin sözlərinə görə, reperə qarşı cinayət işi açmaq, onu federal axtarışa vermək və hesablarını dondurmaq istəyiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv