4,8 milyon vətəndaş icbari tibbi sığortadan yararlanıb: Gəncədə təlim

4,8 milyon vətəndaş icbari tibbi sığortadan yararlanıb: Gəncədə təlim






presstv

"Presstv"az #Audi, #Gəncə şəhəri, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, #Neftçi, #Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün təlim keçirilir.

presstvaz-ın Gəncəyə ezam olunan müxbiri xəbər verir ki, təlimdə giriş sözü ilə çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin təqribən 50%-i icbari tibbi sığortadan yararlanıb:

“Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib. Bu, bizim üçün həm xidmət yükünü, həm də vətəndaşların sistemə olan inamını göstərən mühüm rəqəmlərdir.

Qeyd edim ki, ötən ilin eyni dövrü ilə müqayisədə də artım müşahidə olunur. Keçən il ilə müqayisədə müraciətlərin sayında 4%, xidmətlərin sayında isə 12% artım olub.

Ötən ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında həm əməliyyatların, həm də prosedurların sayında 5% artım olub. Bu artım tibbi xidmətlərə olan əlçatanlığın yüksəldiyini göstərir”.

A.Əhmədova qeyd edib ki, dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlarda bir neçə istiqamət ön plana çıxır:

“Bunlar əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlardır. Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv