Avropa İttifaqı Şurası 2026-cı il üçün büdcəni təsdiq etdi

Avropa İttifaqı Şurası 2026-cı il üçün büdcəni təsdiq etdi






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Danimarka

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) Şurası noyabrın 24-də Aİ-nin 2026-cı il üçün 192.8 milyard avroluq büdcəsini rəsmən təsdiqlədi

presstvaz xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” yayıb.

“Bu gün biz qarşıdan gələn ildə Aİ-nin ortaq prioritetlərimizi həyata keçirməyimizə imkan verən davamlı və möhkəm büdcəsini təmin etməkdən ötrü son addımı atdıq. Müdafiə, miqrasiya, rəqabət qabiliyyətlilik və böhranlı vəziyyətlərinə hazırlıq kimi prioritetləri əhatə edən bu büdcə, Avropa vətəndaşlarının ehtiyaclarına qətiyyətlə reaksiya verməyimizə imkan verir”, – deyə Aİ Şurasına sədrlik edən Danimarkanın maliyyə naziri Nikolay Vammen bildirib.

Bildirilir ki, 2026-cı il büdcəsi üzrə öhdəliklərin ümumi həcmi 192.8 milyard avro, ümumi ödənişlər isə 190.1 milyard avro müəyyən edilib.

Aİ Şurasının bəyanatında qeyd olunub ki, uzunmüddətli maliyyə planı üzrə cari öhdəliklərin xərc limiti çərçivəsində 715.7 milyon avro ehtiyat ayrılıb ki, bu da Avropa İttifaqına gözlənilməz hallara reaksiya göstərmək imkanı verir.

Büdcə Avropa Parlamenti tərəfindən qəbul edildikdən sonra tam təsdiqlənəcək. Gözlənildiyinə görə, bu, noyabrın 26-da baş verə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv