Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın 70 illik yubileyi qeyd edilib

Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın 70 illik yubileyi qeyd edilib






Rəşad Cəfərli

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Bakı, #Bakı Dövlət Universitetini, #Baş redaktor, #Jurnalistlər, #Kitab, #Mətbuat Şurası, #Milli Məclis, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Təbrik, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Azərbaycan Mətbuat Şurasında “Yeni təfəkkür” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın əməkdar jurnalisti Şəmsiyyə Kərimovanın 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

presstvaz bildirir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Ş.Kərimova jurnalistikanın məziyyətlərinə qatlaşması, çətinliklərə sinə gərməsi ilə fərqlənib, hər zaman peşənin təəssübünü çəkib. Qələm sahibi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlayıb. 1987-ci ildən “Azərbaycan gəncləri” qəzetində çalışıb. Müstəqillik illərində “İki sahil” və “Naxçıvan” qəzetlərində də fəaliyyət göstərib. 2005-ci ildə isə “Yeni təfəkkür” qəzetinin təsis edib və nəşrin baş redaktoru olub. Bu qəzet 2007-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həmtəsisçiliyi ilə işıq üzü görməkdədir.

Ş.Kərimova 2010-cu ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb ki, bu təltif jurnalistin çoxillik mətbu fəaliyyətinə verilən yüksək dəyərin nümunəsidir. R.Məcid, həmçinin, yubilyar qələm sahibinin Mətbuat Şurasının diplomu ilə təltif olunduğunu da vurğulayıb və diplomu ona təqdim edib.

Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Şöhrət” ordenli jurnalist Flora Xəlilzadə, əməkdar jurnalist Zemfira Məhərrəmli, “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədova, şair-yazıçı Şövkət Horovlu, əməkdar jurnalist Qafar Əsgərzadə, jurnalist-publisist Züleyxa Nadir, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova, veteran jurnalist Zərifə Bəşirqızı, əməkdar jurnalist Əntiqə Qonaq, əməkdar jurnalist İttifaq Mirzəbəyli, yazıçı Nəzakət Əhmədova, jurnalistlər Leyla Qurbanova, Pərixanım Mikayılqızı, Mikayıl Nərimanoğlu, Təranə Cəbiyeva, yazıçı-publisistlər Zemfira Ələkbərova və Sevda Əlibəyli, şair Rafiq Ələkbər, veteran jurnalist Mahir Cavadlı və başqaları Şəmsiyyə Kərimovanın peşə fəaliyyətinin ayrı-ayrı məqamlarından söz açaraq, onu işinə dəyər verən, məsuliyyətli və intizamlı həmkar kimi qiymətləndirib, xatirələrini bölüşüblər. Onlar bildiriblər ki, Ş.Kərimovanın baş redaktorluğu ilə işıq üzü görən “Yeni təfəkkür” yubilyarın xarakterinin göstəricisidir. Belə ki, qəzet respublikanın həyatında baş verən ictimai-siyasi proseslərə doğru-düzgün yanaşdığı kimi, xeyriyyəçiliyi, humanistliyi də təbliğ edən mərkəz funksiyası yerinə yetirməkdədir.

Qeyd edək ki, ömrünün 45 ilinin peşəsinə sərf edən veteran qələm sahibi təkcə jurnalistlik deyil, eyni zamanda, bədii-publisistik fəaliyyəti ilə də tanınıb. Onun seçmə yazılarından ibarət “Şəmsiyyənin kitabı” və 70 illiyi ilə bağlı qələmə aldığı “Özüm, sözüm, izim” adlı kitabları nəşr olunub. Ş.Kərimova bir neçə digər kitabın da redaktorudur.

Onu da bildirək ki, toplantıda Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər Qoşalı Ş.Kərimovaya komitə sədri Fazil Mustafanın təbrik məktubunu təqdim edib.

Sonda çıxış edən yubilyar xoş sözlərə görə toplantı iştirakçılarına təşəbbürünü bildirib.

Rəşad CƏFƏRLİ,

presstvaz Azərbaycan xəbər portalı.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.