ABŞ Ukraynaya sülh planından başqa, daha bir sənəd təqdim edib

ABŞ Ukraynaya sülh planından başqa, daha bir sənəd təqdim edib






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Finlandiya, #Fransa, #Jurnalistlər, #Kiyev, #Polşa, #Silahlı hücum, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Trampın 28 bəndlik sülh planına əlavə olaraq ABŞ Ukraynaya Kiyev üçün təhlükəsizlik zəmanətlərini müəyyən edən ikinci sənəd təqdim edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “RBC-Ukraina” nəşri məlumat verib.

Məlumata görə, sənəd “Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə çərçivə sazişi” adlanır. İddia edilir ki, sənəd NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanıb və jurnalistlərin qeyd etdiyi kimi, bu saziş üç bənddən ibarətdir.

Birinci bəndə əsasən, Ukraynaya silahlı hücum halında ABŞ prezidenti silahlı qüvvələr, kəşfiyyat və logistik dəstək, iqtisadi və diplomatik tədbirlər tətbiq edə, eləcə də məqsədəuyğun hesab edilən digər addımlar ata bilər.

İkinci bənddə Fransa, Böyük Britaniya, Almaniya, Polşa və Finlandiya da daxil olmaqla, Avropadakı Şimali Atlantika Alyansı (NATO) müttəfiqlərinin ABŞ ilə razılaşdırılmış şəkildə hərəkət etməyi öhdələrinə götürmələrini nəzərdə tutur.

Üçüncü bənd sazişin qüvvədə olma müddətini müəyyən edir. Saziş uzadılma ehtimalı ilə 10 il müddətində qüvvədə olacaq.

Qeyd olunur ki, sazişin təqdim olunmuş versiyası yekun deyil, sənədin mətni dəyişdirilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv