Mədəniyyət Nazirliyində ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilir

Mədəniyyət Nazirliyində ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilir






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İncəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqə nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil olunmuş namizədlər üçün vakant müəllim yerlərinə seçim elan edilir.

presstvaz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə 30 müəssisə üzrə ümumilikdə 36 vakant yer təqdim olunur:

“Namizədlər təqdim edilmiş vakansiyalar arasından öz seçimlərini 24-28 noyabr tarixlərində həyata keçirə bilərlər.

Vakant yerləri seçərkən test mərhələsində topladığınız bala uyğun olaraq aşağıdakı bölgü üzrə seçim etməlisiniz:

49 bal və yuxarı nəticə göstərən namizədlər – bütün respublika üzrə vakant yerləri, 42 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı şəhəri istisna olmaqla, bütün respublika üzrə vakant yerləri, 35 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər bütün regionlar üzrə vakant yerləri seçə bilərlər”.

Qeyd olunub ki, seçim prosesi “MyCulture” şəxsi kabineti vasitəsilə aparılır:

“Namizədlər sistemə daxil olaraq vakansiya seçimini təsdiqləməlidirlər. Yerləşdirmə yalnız namizədin seçdiyi vakant yerlər arasından sistem tərəfindən təsadüfi qaydada müəyyən olunur. Bu səbəbdən seçim zamanı diqqətli olmaq vacibdir”.

Mədəniyyət Nazirliyində ehtiyat kadrlar üçün vakansiya seçimi elan edilir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv