Anasını hoteldə öldürməkdə təqsirləndirilən yeniyetmə hakim qarşısına çıxarılıb

Anasını hoteldə öldürməkdə təqsirləndirilən yeniyetmə hakim qarşısına çıxarılıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Münaqişə, #Qazax, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə A.Q.-nin cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 27-də Bakıda “Beynəlxalq Avtovağzal Kompleksini”nin hotelində baş verib.

1989-cu il təvəllüdlü Əsmət Qasımovanın qaldığı hoteldə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub

Həyata keçirilən araşdırmalar zamanı hadisənin qadının oğlu, 16 yaşlı oğlu tərəfindən törədildiyi məlum olub.

Araşdırmalarla məlum olub ki, o, anası ilə Türkiyədən gələrək müvəqqəti qaldığı hoteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib. Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub.

A.Q.-yə qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv