QMİ həcc ziyarətinə getmək istəyənlərə müraciət edib

QMİ həcc ziyarətinə getmək istəyənlərə müraciət edib






presstv

"Presstv"az #Audi, #Qafqaz Müsəlmanları İdarəsi (QMİ), #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İldən-ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi həcc ziyarəti üçün hazırlıq prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür. Bu il nazirlik dünyadakı bütün müvafiq missiyalara ötən həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti ziyarət üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib”.

presstvaz xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

O qeyd edib ki, müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitiriləcəyi bildirilir:

“Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar”.

Vüsal Cahangiri əlavə edib ki, qeydiyyata erkən başlanmasına rəğmən, hər gün vətəndaşlarımız həccə qeydiyyata alınmaq üçün müraciət edirlər:

“Öncəki təcrübələrimizə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaş gəlib həccə getmək üçün müraciət edir, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarların gec qalmadan müraciət etmələrini tövsiyə edirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv