Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib






presstv

"Presstv"az #Alyona Əliyeva, #Audi, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Kitab, #Leyla Əliyeva, #Lənkəran, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaAlyona Əliyeva iştirak ediblər.

Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı təmir işlərinə başlanılıb.

Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial xidmət müəssisəsində kiçik və böyük yaş qrupları üzrə 120 uşaq yerləşib. Binada sinif, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi otaqları, emalatxana yaradılıb. Sosial xidmət müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri əyani vəsaitlərlə təchiz edilib.

Burada istirahət və tibb otaqları, qarderob, kitabxana, oxu zalı, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Eləcə də oyun attraksionları ilə təmin olunan meydança inşa edilib.

Sosial xidmət müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv