Pentaqon Ukraynaya ayrılmış yardımın 30 milyon dollarını ABŞ-də mineralların istehsalına yönləndirdi

Pentaqon Ukraynaya ayrılmış yardımın 30 milyon dollarını ABŞ-də mineralların istehsalına yönləndirdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Co Bayden, #Dollar, #Humanitar yardım, #Qırıcı təyyarə, #təyyarə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Hərb Nazirliyi 2022-ci ildə Ukraynaya dəstək üçün ayrılmış təqribən 30 milyon dolları strateji əhəmiyyətli mineralların – qalliumla skandiumun ölkə daxilində təchizatına yönləndirmək qərarına gəlib.

presstvaz xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

“ElementUS Minerals” şirkəti Müdafiə İstehsalı haqqında Qanun çərçivəsində 29.9 milyon dollar məbləğində qrant alacaq. Şirkət bu vəsaiti Luiziana ştatının Qremersi şəhərində qallium və skandiumun mövcud sənaye tullantılarından çıxarılması və təmizlənməsi müəssisəsinin tikintisinə yönəldəcək. Bundan əlavə, “ElementUS Minerals” Texasdakı müəssisəsində bir sıra işlər aparacaq.

Pentaqonun bildirdiyinə görə, qallium və skandium ABŞ-də raket əleyhinə müdafiə sistemlərinin, sensorların, qırıcı təyyarə və hipersəs silahlarının hazırlanması üçün lazımdır. Yeni təşəbbüs strateji materialların öz resurslarının inkişafı vasitəsilə ABŞ-nin texnoloji müstəqilliyini artırmağa və milli təhlükəsizliyini gücləndirməyə yönəlib.

2022-ci ilin mayında ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukraynaya dəstək üçün 40.1 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu məbləğin 23.75 milyard dolları hərbi ehtiyaclara, o cümlədən silah tədarükünə, ABŞ ordusunun ehtiyatlarının yenilənməsi üçün müqavilələrə, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi üçün müttəfiqlərin dəstəklənməsinə yönəldilib. Bu paketdən 9 milyard dollar Ukraynanın iqtisadiyyatının dəstəklənməsinə, 6.58 milyard dollar isə humanitar yardımın göstərilməsinə ayrılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv