Ermənistan prezidenti: “Qarşılıqlı etimadın yaradılması İrəvan və Bakı arasında yekun sülh üçün vacibdir”

Ermənistan prezidenti: “Qarşılıqlı etimadın yaradılması İrəvan və Bakı arasında yekun sülh üçün vacibdir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İki ölkə və xalq arasında qarşılıqlı etimad mühitinin yaradılması Ermənistan və Azərbaycan arasında yekun sülh üçün son dərəcə vacibdir”.

presstvaz “Armenpress” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuş vilayətinin Kirants qəsəbəsində jurnalistlərə bildirib.

Xaçaturyan vurğulayıb ki, ikitərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu prosesin yekunlaşması hər iki xalqın “mövcud çətinlikləri” aşa biləcəyi zaman olacaq:

“Heç kim bunun nə vaxt baş verəcəyini deyə bilməz. Əlbəttə, bunun mümkün qədər tez baş verməsini istərdik, amma iki ölkənin hökumətləri sadəcə əlverişli şərait yaratmalı, təmaslar üçün mümkün qədər çox imkan təmin etməli və bir ölkədə narazıların ola biləcəyindən qorxmamalıdırlar. Bunun reallığa çevrilməsinin böyük ehtimal olduğunu güman edirəm”, – deyə Ermənistan prezidenti bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv