Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb

Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cinayət işi, #Dövlətə xəyanət, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlərlə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş 1954-cü il təvəllüdlü Zahirəddin İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

presstvaz APA-ya istinadla xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb və məhkəmənin qərarı ilə Zahirəddin İbrahimovun həbs müddəti 5 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət işi üzrə bu ilin mart ayında həbs edilib.

Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmiş, genişmiqyaslı destruktiv separatçı təşkilatlanma işi aparmışdır.

Ona AR Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv