Maks Ferstappen “Formula-1″in mövcud qaydalarını tənqid etdi

Maks Ferstappen “Formula-1″in mövcud qaydalarını tənqid etdi






presstv

"Presstv"az #Audi, #Avto, #Formula-1, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” komandasının pilotu Maks Ferstappen idmanın mövcud qaydalarına münasibət bildirib.

presstvaz xəbər verir ki, bu barədə Crash.net məlumat yayıb.

“Deyə bilmərəm ki, mövcud qaydalar mənə xoşdur, mən sadəcə onlara əməl edirəm. “Formula-1″ həddindən artıq mürəkkəbləşibmi? Belə də demək olar. Qayda nə qədər çox olsa, hamı üçün bir o qədər çətin olur. Hakimlər qaydalara ciddi riayət etmək məcburiyyətindədirlər: öz gözlərinlə gördüyün reqlamentdə göstəriləndən fərqli ola bilər”, – deyə Ferstappen bildirib.

Dördqat dünya çempionu Ferstappen əl hərəkətləri ilə sanki sənədləri şrederdən (kağız və digər materialların doğranması üçün cihaz) keçirirmiş kimi göstərərək zarafatla: “Karlos və Corc artıq hər şeyi hazırlayıblar, bu səbəbdən də mən ancaq öz rahatlığıma baxacağam”, – deyib.

Qeyd edək ki, Karlos Sayns və Corc Rassell Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə sıx əməkdaşlıq edən Qran-pri Pilotları Assosiasiyasının (GPDA) həmsədrləridir – bu təşkilat sürücülərin həmkarlar ittifaqı rolunu oynayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv