Gündəlik ənənəvi 10 min addımdan daha effektiv üsul: Ən faydalı gəzinti növü hansıdır?

Gündəlik ənənəvi 10 min addımdan daha effektiv üsul: Ən faydalı gəzinti növü hansıdır?






presstv

"Presstv"az #Audi, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dayaq kimi iki çubuqdan istifadə edilən Skandinaviya gəzintisi sağlamlıq üçün xüsusilə faydalıdır. Bu məşq bədənin əzələlərinin 90%-ə qədərini əhatə edir, enerji sərfiyyatını 20% artırır və ürək-damar sisteminə müsbət təsir göstərir.

presstvaz “Huff Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə britaniyalı terapevt Cüzeppe Araqona danışıb.

“Adi gəzinti zamanı bədən əzələlərinin təxminən 50%-i iştirak edir. Skandinaviya gəzintisi zamanı isə əlavə olaraq çiyin qurşağı, qollar, kürək və qarın əzələləri də cəlb olunur. Belə məşq fiziki formanı və sağlamlıq vəziyyətini gündəlik ənənəvi 10 000 addımdan daha effektiv şəkildə yaxşılaşdırır”, – deyə Araqona qeyd edib.

Mütəxəssis əlavə edib ki, Skandinaviya gəzintisi oynaqları gücləndirməyə kömək edir, duruşu, yerişi və hərəkətlərin koordinasiyasını yaxşılaşdırır. Fiziki aktivliyin bu növü həmçinin zədələrdən sonra bərpa prosesində və ya əlavə hazırlıq və avadanlıq olmadan açıq havada məşq etməyi üstün tutanlar üçün də uyğundur. Eyni zamanda mütəmadi gəzinti zamanı ürək ekonomik (qənaətcil) rejimdə işləməyi “öyrənir”, nəbz tezliyi azalır, miokarda (ürək əzələsi) dözümlülük isə artır.

“Əksər böyüklər üçün həftədə təxminən 150 dəqiqə orta intensivlikli məşqlər tövsiyə olunur. Skandinaviya gəzintisi bu məqsədə çatmaq üçün əla üsuldur”, – deyə Cüzeppe Araqona vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv