Maxaçev Trampa səsləndi: “Mən gəlirəm”

Maxaçev Trampa səsləndi: “Mən gəlirəm”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UFC çempionu İslam Maxaçev Cek Della Maddalena üzərində qələbəsindən sonra ABŞ Prezidenti Donald Trampa müraciət edib.

presstvaz Gazeta.ru-ya istinadən xəbər verir ki, dağıstanlı döyüşçü qarşılaşmadan sonra Co Roqana qısa müsahibəsində Ağ Evin rəhbərinə səslənib.

“Bütün rəqiblərim nə etdiyimi bilirlər, amma heç kim məni dayandıra bilmir. Titulumu harada müdafiə etmək istəyirəm? Donald Tramp, Ağ Evi aç! Mən gəlirəm!”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Maxaçev UFC 322 turnirində Maddalenanı beş raundda məğlub edərək, yarımorta çəki dərəcəsində çempion adını qazanıb.

Xatırladaq ki, Tramp 2026-cı il iyunun 14-də Ağ Evin ərazisində UFC tədbirinin keçiriləcəyini elan edib. Tədbirə 25 minə qədər insanın qatılacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv