Orban Zelenskiyə cavab verdi: “Macarları şantaj etmək olmaz”

Orban Zelenskiyə cavab verdi: “Macarları şantaj etmək olmaz”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskidən təhdid dolu mesaj aldığını və bunu öz ölkəsinə qarşı təhdid kimi qəbul etdiyini bildirib. O qeyd edib ki, dərhal buna son qoyulmasını məsləhət görür.

Viktor Orban, həmçinin xəbərdarlıq edib ki, Ukrayna şantaj yolu ilə Macarıstandan heç nə əldə edə bilməyəcək.

Bu barədə presstvaz TASS-a istinadən məlumat verir.

“Cənab prezident, məni və mənim simamda bütün Macarıstanı öz əsgərlərinizlə hədələdiyiniz mesajı aldım. Bu işə yaramayacaq, bunu dayandırın. Bura Macarıstandır. Macarları şantaj etmək olmaz, məni də təhdid etmək olmaz”, – deyə Orban bildirib.

“Ən yaxşısı sülhdür. Şantaj və təhdidləri dayandırın. Neft blokadasına son qoyun və Macarıstana neft tədarükünü təmin edin. Təhdid və şantaj əvəzinə, macarlara layiq olduqları hörməti göstərin”, – deyə o qeyd edib.

Daha əvvəl martın 5-də Zelenski bildirmişdi ki, Budapeşt Ukraynaya 90 milyard avroluq kredit verilməsi qərarını bloklamağa davam edərsə, Viktor Orbanın ünvanını Ukrayna Silahlı Qüvvələrinə verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv