Binəli Yıldırım: “Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır”

Binəli Yıldırım: “Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Nəqliyyat, #Orta Dəhliz

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək Türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır”.

presstvaz xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım özünün “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu inkişaf Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir.

“Qardaşlığımızı daha güclü regional memarlığa çevirən bu addımı məmnuniyyətlə qarşılayıram”, – deyə Binəli Yıldırım yazıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv