İstanbul polisi turistlərin zəhərlənərək öldüyü hoteli möhürləyib

İstanbul polisi turistlərin zəhərlənərək öldüyü hoteli möhürləyib






presstv

"Presstv"az #Ailə, #Almaniya, #Audi, #Həkim, #İstanbul, #İtaliya, #Qida zəhərlənməsi, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbul polisi bazar günü səhər şəhərin Fatih rayonunda yerləşən hoteli möhürləyib. Hoteldə qalan üç nəfərin fastfuddan zəhərlənməsi nəticəsində öldüyü ehtimal edilir.

presstvaz bu barədə “CNN Türk” telekanalına istinadən xəbər verir.

“Sabah” qəzetinin yazdığına görə, həkimlər hoteldə qalan 15 nəfəri müayinə ediblər və onların sağlamlığında problem aşkarlanmayıb. Bu şəxslər digər hotellərə köçürülüblər.

Daha əvvəl bildirilmışdi ki, noyabrın 9-da Fatih rayonundakı “Harbour suits old city” mehmanxanasında Almaniyadan olan ailə qalıb, onların üç üzvü, o cümlədən üç və altı yaşlarında iki uşaq Beşiktaş rayonunda olan kafelərdən birində yedikləri midiyalar və kartofdan zəhərlənərək ölüblər. Ailənin üzvlərindən biri xəstəxanaya – Reanimasiya şöbəsinə yerləşdirilib.

15 noyabr tarixində həmin hoteldən daha iki turist – İtaliya və Mərakeş vətəndaşları qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv