Didye Deşam: Məqsədimiz Bakıda qələbə qazanmaqdır

Didye Deşam: Məqsədimiz Bakıda qələbə qazanmaqdır






presstv

"Presstv"az #Bakı, #Fransa, #Futbol, #Kilian Mbappe, #Mətbuat konfransı, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq.

presstvaz xəbər verir ki, qonaqların baş məşqçisi Didye Deşam qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı jurnaliatlərin suallarını cavablandırıb.

– Osman Dembele və Kilian Mbappenin olmaması sizə çətinlik yaratmayacaqki?

– Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır.

– Üç gün əvvəl Ukrayna ilə oyunda 4:0 hesablı qələbə qazanaraq dünya çempionatına vəsiqə qazandınız. O matçda Kilian Mbappe oynadı, sabah isə meydana çıxmayacaq. Zədəsi nə dərəcədə ciddidir?

– Kilian topuğunda problemləri var idi, davam edir. Ona görə də onu millidən buraxdım, "Real"ın tibbi heyəti Mbappe ilə məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır.

– Üç futbolçunuz zədəlidir. Sabah hansı oyunçular oynayacaq?

– Üç oyunçu olmasa da, 22 futbolçu Bakıdadır. Hamısı oynaya bilər. Bugünkü məşqdə də hamısı olacaq. Təbii ki, oyunlara görə yorğunluq var. Amma Bakıya vaxtında gəlib, dincəlmişik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv