Serdal Adalıdan Rafa Silvaya sərt mesaj: “Beşiktaş”da oyunçular öz şərtlərini diktə edə bilməzlər”

Serdal Adalıdan Rafa Silvaya sərt mesaj: “Beşiktaş”da oyunçular öz şərtlərini diktə edə bilməzlər”






presstv

"Presstv"az #"Beşiktaş", #Audi, #Futbol, #Mətbuat konfransı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Beşiktaş” futbol klubunun prezidenti Serdal Adalı və baş məşqçisi Sergen Yalçın portuqaliyalı futbolçu Rafa Silvanın gələcək karyerası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün mətbuat konfransı keçiriblər.

presstvaz Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti 32 yaşlı oyunçunun klubdan getmək üçün yersiz bəhanələr gətirdiyini bəyan edib: “Futbolçu başqa kluba keçmək istədiyini gizlətmir. Ona heç bir borcumuz yoxdur. İlk gündən Silvaya xüsusi qayğı ilə yanaşmışıq. Ona izah edilib ki, əgər o, indi getmək istəsə, klubumuzu razı salacaq məbləğ ödənilməlidir. “Beşiktaş” klubunda oyunçular öz şərtlərini diktə edə bilməzlər. Onunla müqaviləmiz var. Silvanın növbəti oyunda iştirak edib-etməyəcəyini bilmirik”.

Baş məşqçi Sergen Yalçın isə bildiribki, hazırda Rafa Silva məsələsini ən uyğun şəkildə həll etməyə çalışırlar. Heç vaxt bir futbolçuya qarşı qərəzli davranmamışam”.

Qeyd edək ki, portuqaliyalı oyunçunun sabiq klubu “Benfika”ya keçəcəyi barədə xəbərlər yayılıb. Portuqaliyalı ulduz 2016-2024-cü illərdə “Benfika”nın heyətində çıxış edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv