Aliment ödəməli olan kişilərin sayında artım müşahidə olunur

Aliment ödəməli olan kişilərin sayında artım müşahidə olunur






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bələdiyyə, #Məişət zorakılığı, #Milli Məclis, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ölkədə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişət zorakılığı haqqında” qanunların icrası istiqamətində dövlət proqramları hazırlanıb və tədbirlər həyata keçirilir. Ailə siyasətinin milli-mənəvi dəyərlərimizə əsaslanaraq formalaşdırılması da önəmli vəzifələrdəndir”.

presstvaz xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Aliment ödəməli olan kişilərin sayında artım müşahidə olunur

O vurğulayıb ki, son illərdə boşanmaların sayının artması yeni sosial problemlər yaradıb:

“Aliment ödəməli olan kişilərin sayında da artım müşahidə olunur. Lakin alimentlərin ödənilməməsi, qadınların və uşaqların rifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər. Bu sahədə Komitə təhlillər aparıb və müəyyən edib ki, yerli qurumların – xüsusilə bələdiyyələrin bu istiqamətdəki işi daha da təkmilləşdirilməlidir. Komitənin son vaxtlar həyata keçirdiyi vacib tədbirlərdən biri də bələdiyyələrin rolunun artırılması və onların hər biri üzrə risk qrupuna daxil olan ailələrin müəyyənləşdirilməsi olub. Məişət zorakılığına məruz qalan ailələrin müəyyənləşdirilməsi, həmin ailələrlə işləmək və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi artıq yerli idarəetmə səviyyəsində də prioritet olmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv