Mikayıl Cabbarov: “Dünya iqtisadiyyatının inkişafı üzrə qeyri-müəyyənliklər hələ də qalır”

Mikayıl Cabbarov: “Dünya iqtisadiyyatının inkişafı üzrə qeyri-müəyyənliklər hələ də qalır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Beynəlxalq Valyuta Fondu, #İqtisadi siyasət, #Mikayıl Cabbarov, #Milli Məclis, #pandemiya, #sənaye və sahibkarlıq komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qlobal iqtisadiyyata mənfi təsirlərin gözləniləndən nisbətən aşağı səviyyədə olması, ticarət zəncirlərinin yenidən qurulması, ABŞ ilə digər ölkələr arasında yeni ticarət razılaşmalarının əldə olunması kimi amillər nəzərə alınaraq Beynəlxalq Valyuta Fondu (BVF) oktyabr hesabatında əvvəlki (iyul) hesabatla müqayisədə qlobal iqtisadi artım tempini 0.2 faiz bəndi artıraraq cari ildə 3.2%, növbəti ildə isə sabit saxlayaraq 3.1% artacağını proqnozlaşdırıb”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, BVF son proqnozlarında nisbətən pozitiv dəyişikliklər etsə də, bu artım templəri pandemiyadan əvvəlki illərin orta artım tempindən aşağıdır:

“Eyni zamanda, dünya iqtisadiyyatının inkişafı üzrə qeyri-müəyyənliklərin hələ də qaldığını qeyd etmək lazımdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv