Nikol Paşinyan: “Vaşinqton razılaşmaları Aİİ ölkələri üçün yeni imkanlar açır”

Nikol Paşinyan: “Vaşinqton razılaşmaları Aİİ ölkələri üçün yeni imkanlar açır”






presstv

"Presstv"az #Audi, #Avrasiya İqtisad, #Avto, #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Nikol Paşinyan, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Türkiyə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmaları təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün yeni perspektivlər yaradır.

presstvaz “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Yerevanda “Orbeli: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bəyan edib.

O, diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti üçün ölkə ərazisini açmağa hazır olması və Qazaxıstandan ilk yük partiyasının tədarükü haqqında son bəyanatına cəlb edib. Paşinyanın fikrincə, bu, avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların praktiki müstəvidə həyata keçirilməsinin nümunəsidir.

“Bir çoxu iddia edir ki, bu proseslər Aİİ-nin maraqlarına ziddir. Ancaq fakt budur ki, bu razılaşmalardan əvvəl ittifaqın iki ölkəsi arasında qeyri-mümkün bir şey, Vaşinqton razılaşmalarından sonra mümkün oldu. Bu, həmin razılaşmaların verdiyi üstünlüklərin qabarıq nümunəsidir”, – deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, oxşar imkanlar Özbəkistan üçün də açıla bilər. Onun sözlərinə görə, Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışır, lakin bu yolda logistik çətinliklərlə üzləşir.

“Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsi bu problemlərin həllinə kömək edir. Bu, Ermənistan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsinə gedən yoldur – sübut edilə bilən bir faktdır”, – deyə o vurğulayıb.

Paşinyan, həmçinin xatırladıb ki, Ermənistan Türkiyə və Azərbaycan arasında Marqara – Xndzoresk marşrutu ilə avtomobillə yükdaşımalarına imkan yaratmağa hazırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv