Bahar Muradova: “Məişət zorakılığına münasibət dərin və sistemli yanaşma tələb edir”

Bahar Muradova: “Məişət zorakılığına münasibət dərin və sistemli yanaşma tələb edir”






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bahar Muradova, #Hadisə, #Hakim, #Məişət zorakılığı, #Mətbuat konfransı, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda məişət zorakılığına qarşı mübarizə istiqamətində mühüm addımlar atılıb”.

presstvaz xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında deyib.

O bildirib ki, cəmiyyətin bu məsələyə diqqətinin artması ilə yanaşı, dövlət səviyyəsində də sistemli islahatlar həyata keçirilib:

“Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu ildə imzalanan sərəncama əsasən hazırlanmış və 2020-2023-cü illəri əhatə edən “Məişət zorakılığına qarşı mübarizə üzrə Fəaliyyət Planı” təsdiqlənərək icra olunub.

Üç il ərzində həyata keçirilən tədbirlər nəticəsində bu sahədə əhəmiyyətli dəyişikliklərə nail olunub. Cəmiyyətin diqqəti artıb, hadisələrə daha çevik reaksiya verilməsi müşahidə olunub”.

Onun sözlərinə görə, məişət zorakılığı ilə bağlı problemlərə münasibət artıq yalnız formal deyil, dərin və sistemli yanaşma tələb edir:

“Fəaliyyət Planının icrasına 19 dövlət qurumu cəlb olunub, ümumilikdə 32 tədbir həyata keçirilib. Yeddi əsas istiqamət üzrə görülən işlər nəticəsində 6 qanuna və 5 fərmana dəyişikliklər edilib.

Komitə bu prosesdə mühüm rol oynayıb. Qanunla müəyyən edilmiş müddəalarla yanaşı, fəaliyyətin koordinasiyası və vahid istiqamətdə aparılması baxımından bu cür planların əhəmiyyəti xüsusi vurğulanır.

Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində mühüm yeniliklər əldə olunub. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun əhatə dairəsi genişləndirilib, “yaxın qohumlar” anlayışı daha dəqiq müəyyən edilib.

Bu dəyişikliklər ailə daxilində yaranan problemlərin qarşısının alınması və məsuliyyətin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Bundan başqa, məişət zorakılığından zərər çəkən şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsi mümkün olub”.

Komitə sədri bildirib ki, mühafizə orderləri ilə bağlı qaydalar da dəyişib:

“Qısamüddətli mühafizə orderlərinin müddəti 30 gündən 60 günə qaldırılıb. Uzunmüddətli mühafizə orderləri isə 60 gündən 180 günədək verilə biləcək. Qanunvericiliyin tələblərinin təkrar pozulması hallarında sanksiyalar sərtləşdirilib.

Eyni zamanda, zərərçəkmiş şəxslər üçün həm mərkəzi, həm də yerli səviyyədə monitorinq və əlaqələndirmə mexanizmləri yaradılıb.

Hazırda bütün icra hakimiyyəti orqanları yanında komissiyalar fəaliyyət göstərir və Dövlət Komitəsi onların işini əlaqələndirir, monitorinq, maarifləndirmə aparır və texniki dəstək göstərir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv