“Bankdan kredit götürüb ev almışıq, amma yaşaya bilmirik” – Xırdalandakı problemli binanın aqibəti necə olacaq?

“Bankdan kredit götürüb ev almışıq, amma yaşaya bilmirik” – Xırdalandakı problemli binanın aqibəti necə olacaq?






presstv

"Presstv"az #Audi, #Xırdalan şəhəri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri artıq təxminən 10 ildir böyük məbləğlər ödəyib aldıqları mənzillərə köçə bilmədiklərini bildirirlər.

Sakinlərin sözlərinə görə, binanı inşa edən şəxslər hazırda həbsdədir.

“Burada bir mənzil bir neçə nəfərə satılıb. Binada lift yox idi, qaz və su sayğacları üçün sakinlərdən vəsait toplanmışdı, lakin vədlər yerinə yetirilmədi. Biz öz hesabımıza qaz sayğaclarını və lifti quraşdırdıq. Bina ilə maraqlanan yoxdur. Rəsmi şəkildə heç bir quruma müraciət edə bilmirik”, – narazı sakinlərdən biri deyib.

Başqa bir sakin isə bildirib: “Ev bir neçə nəfərə satılıb, hazırda hamı təşviş içindədir. Gələcəkdə vəziyyətin necə olacağı məlum deyil. Bizdə çıxarış yoxdur, yalnız müqavilə var. Binanın əvvəlki direktorları həbsdədir, onlarla bağlı hökm çıxarılıb, amma bizim binaya dair hələ də heç bir qərar verilməyib. Bankdan böyük məbləğdə kredit götürüb mənzilin ödənişini etmişik, evi almışıq, amma yaşaya bilmirik”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv