Hesablama Palatası: “Büdcə xərclərinin funksional təsnifatı üzrə uyğunsuzluq 236 milyon manatdan çoxdur”

Hesablama Palatası: “Büdcə xərclərinin funksional təsnifatı üzrə uyğunsuzluq 236 milyon manatdan çoxdur”






presstv

"Presstv"az #Audi, #Hesablama Palatası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dövlət büdcəsinin xərclərinin funksional təsnifatı üzrə cəmi uyğunsuzluq məbləği 236.3 milyon manat təşkil edir”.

presstvaz “Report”a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, Hesablama Palatası əvvəlki rəylərində qeyd edilmiş əksər uyğunsuzluqların təqdim edilmiş layihədə aradan qaldırıldığını qeyd etməklə yanaşı, bəzi istiqamətlər üzrə xərclərin nəzərdə tutulmasının, uçotunun və hesabatlılığının vahid büdcə təsnifatına uyğunlaşdırılmasının vacibliyini bildirir. Hesablama Palatasının tövsiyələri nəticəsində 2026-cı ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əhəmiyyətli hissəsi aradan qaldırılıb.

Qeyd edilib ki, lakin bu istiqamətdə atılan addımlar fonunda bəzi uyğunsuzluqlar hələ də qalmaqdadır. Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddəsində) nəzərdə tutulmaq əvəzinə digər istiqamətlərdə nəzərdə tutulur. Bu uyğunsuzluqlar bəzi hallarda qanun layihəsində əks etdirilən göstəricilərə də təsir göstərməkdədir.

Dövlət büdcəsinin xərclərinin funksional təsnifatı üzrə cəmi uyğunsuzluq məbləği 236.3 milyon manat təşkil edir ki, bunun da 160.4 milyon manatı qanun layihəsinə təsir göstərə bilən uyğunsuzluqlardır. Bu uyğunsuzluqlar növbəti və sonrakı büdcə illərinin büdcələrinin tərtibi zamanı nəzərə alınması üçün müvafiq dövlət orqanına göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv