Paşinyan: “Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik”

Paşinyan: “Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Nəqliyyat, #Nikol Paşinyan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan və ABŞ Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı aktiv danışıqlar aparır”.

presstvaz-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“İndi biz ABŞ tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik. Niyə məhz ABŞ ilə? Çünki bu, TRIPP layihəsinin ayrılmaz hissəsidir”, – o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına əsasən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihəyə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv