Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər

Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Mineral su, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın ən böyük içki istehsalçılarından olan “Suntory” qarın yağını azaltmağa kömək edən su buraxıb.

presstvaz “Oddity Central” nəşrinə istinadən xəbər verir ki, “Xüsusi Su” adı altında satışa çıxarılan məhsulun ilk baxışdan adi mineral sudan heç bir fərqi yoxdur – şəffaf, dadsız, kalorisiz, şəkərsiz və ya kofeinsizdir.

Bununla belə, məhsul ölkədə rəsmi olaraq “funksional qida” kimi qeydiyyata alınıb.

“Xüsusi Su”nun əsas xüsusiyyəti tərkibində fermentləşdirilmiş düyü kəpəyindən əldə edilən aşağı molekulyar çəkili metaboliti olan HMPA-nın olmasıdır. Araşdırmalara görə, HMPA kök insanlarda qarın yağının paylanmasını yaxşılaşdırır.

“Xüsusi Su” ilk növbədə ofis işçiləri və oturaq həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulub. Yeni içki həyat tərzini kəskin şəkildə dəyişmədən öz sağlamlığını qorumaq istəyənlər üçün faydalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv