Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin cəzasının ağırlaşdırılması istənilir

Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin cəzasının ağırlaşdırılması istənilir






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Cinayət işi, #Həkim, #Səhlənkarlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümünə görə həbs olunan cərrah-otorinolorinqoloq Sənan Mehdiyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, zərərçəkmiş N.Mansurlunun hüquqi varisi tərəfindən verilən şikayətdə S.Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunub.

Şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv