Prokuror Gədəbəyin icra başçısının sabiq müavininə cəza istəyib

Prokuror Gədəbəyin icra başçısının sabiq müavininə cəza istəyib






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Məhkum, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onun tanışı Təranə Bağırova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

presstvaz xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vəfa Allahverdiyevanın 7 il 6 ay, Təranə Bağırovanın isə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub.

İttihama görə, təqsirləndirilən şəxslər Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevi Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin etdirəcəkləri vədi ilə aldadaraq 51 min manat pulunu ələ keçiriblər.

Məlumata görə, Təranə Bağırova daha əvvəl də başqa dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Eks-müavin Vəfa Allahverdiyeva isə hazırda həbsdə deyil – istintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv