Rusiyada deputatının kürəkəni oğurlanıb, “Zenit”in futbolçusu isə canilərdən qurtula bilib

Rusiyada deputatının kürəkəni oğurlanıb, “Zenit”in futbolçusu isə canilərdən qurtula bilib






presstv

"Presstv"az #Audi, #Avto, #Futbol, #Kriptovalyuta, #Rusiya, #Sankt-Peterburq, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Sankt-Peterburq şəhərində “Zenit” futbol klubunun oyunçusu Andrey Mostovoyu və Dövlət Dumasının deputatı Vyaçeslav Makarovun kürəkəni – 50 yaşlı Sergey Selegeni qaçırmağa cəhddə ittiham olunan dörd nəfər saxlanılıb.

presstvaz-ın məlumatına görə, bu barədə “Fontanka” məlumat yayıb.

Qeyd olunur ki, saxlanılanlar icraçılardır, sifarişçi isə “Telegram” messencerindən əlaqə yaratmış anonim şəxsdir. Məqsəd 10 milyon rubl (210590 manat) ələ keçirmək olub ki, bu məbləğin yarısı birbaşa qaçıranlara vəd edilib. 23 oktyabrda təqsirləndirilən şəxslər “Zenit”in futbolçusu Mostovoyu zorla maşına mindirib oğurlamağa ediblər, lakin o, qaçmağı bacarıb və daha sonra polisə müraciət edib.

İcraçılar Selegeni isə avtomobildə apararkən polis tərəfindən saxlanılıblar. Onlar Sergey Selegendən kriptovalyuta hesabına 10 milyon rubl köçürməyi tələb edərək, onu qohumlarına zəng etməyə məcbur ediblər. Selegenin qohumları nə baş verdiyini anladıqdan sonra dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar.

Saxlanılan gənclərdən birinin saxlanma videosu yayılıb. Qeyd olunur ki, Samir adlı şübhəli şəxs 20 yaşındadır, dənizçilik üzrə təhsil alıb, bodibildinqlə maraqlanır və yeni doğulmuş bacısı ilə fotoları var. Rusiya qanunvericiliyinə əsasən qrup halında adam qaçırmağa görə onu 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv