Fəzail Ağamalının səhhəti pisləşdi: “Dünən olanlardan sonra hələ də özümə gələ bilmirəm”

Fəzail Ağamalının səhhəti pisləşdi: “Dünən olanlardan sonra hələ də özümə gələ bilmirəm”






presstv

"Presstv"az #Ailə, #Ailə həkimi, #Audi, #Həkim, #Stres, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ana Vətən Partiyasının sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşib.

presstvaz Manşet.az-a istinadən xəbər verir ki, dünən gecə anidən Fəzail Ağamalının sağlamlığında problem yaranıb. Dərhal paytaxtda yerləşən özəl klinikalardan birindən təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib və müalicə təyin edilib.

Fəzail Ağamalı bildirib ki, dünən qurultayda baş verənlər ona pis təsir edib: “Dünən olanlardan sonra hələ də özümə gələ bilmirəm. Gecə qəfil özümü pis hiss etməyə başladım. Dərhal ailə həkimimi çağırdıq. Mənə tibbi yardım göstərdi. Həkim dedi ki, bu stresdən və əsəb gərginliyindən olub. Bilirsiniz, mən ürəyimdən əməliyyat olunmuşam. Çox təəssüf ki, oğlum buna baxmayaraq hələ də peşman deyil”.

Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən gün keçirilən qurultayında qalmaqal yaşanıb. F.Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F.Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv