Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb






presstv

"Presstv"az #Abşeron Rayon Mərkəzi Xəstəxanası, #Audi, #Cərrahi əməliyyat, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, tibb müəssisələrində göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin sayının artırılması və təkmilləşdirilmə işlərinin aparılması istiqamətində tədbirlər davam edir.

presstvaz-ın məlumatına görə, oftalmoloji sahənin inkişafı istiqamətində həyata keçirilən növbəti yeniliklərdən biri Abşeron Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Tibb müəssisəsində göz əməliyyatlarının icrasına başlanılıb.

“Xarici çəpgözlük” (exotropiya) diaqnozu təyin edilən pasiyent üzərində həyata keçirilən ilk cərrahi əməliyyat uğurla başa çatıb. Prosedur zamanı gözün daxili düz əzələsi qısaldılıb, xarici düz əzələsi isə uzadılıb. Bu üsul vasitəsilə göz bəbəklərinin paralel vəziyyətə gətirilməsi, baxış istiqamətinin normallaşdırılması və estetik görünüşün bərpası təmin olunub.

Hazırda pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, bu, Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz cərrahiyyəsi sahəsində yenilikdir və gələcəkdə bu istiqamətdə daha çox cərrahi prosedurların həyata keçirilməsi planlaşdırılır.

Tibb müəssisəsində göz müayinələri və əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv