Ekspertin mediadan qonorar tələbi: Dünyada və bizdəki reallıqlar

Ekspertin mediadan qonorar tələbi: Dünyada və bizdəki reallıqlar






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Araşdırma, #Audi, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Azərbaycan Mətbuat Şurasının sədri, #Jurnalistlər, #Mətbuat Şurası, #Rəşad Məcid, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər bəzi ekspertlərin jurnalistlərdən açıqlama qarşılığında ödəniş tələb etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəs görəsən, beynəlxalq praktikada vəziyyət necədir? Ekspertlər jurnalistə açıqlama verdiklərinə görə qonorar istəyə bilərlərmi? Bu, etik və hüquqi baxımdan nə dərəcədə doğrudur və belə hallarda açıqlamanın obyektivliyinə xələl gəlirmi? Əgər ödəniş nəzərdə tutulursa, onun məbləği necə müəyyən edilməlidir – simvolik, yoxsa bazar prinsipi ilə?

presstvaz    Oxu.az-a istinadən bildirir ki,  məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, əgər müəllif yazı hazırlayır və onu mediaya təqdim edirsə, qonorar tələb etməsi təbiidir:

Ekspertin mediadan qonorar tələbi: Dünyada və bizdəki reallıqlar

“Mediamız iqtisadi cəhətdən güclü olsa, bu, tam normal qarşılanar. Elə dəyərli ekspertlər var ki, onların fikirləri həm ictimaiyyət üçün önəmlidir, həm də medianın nüfuzunu artırır. Bu insanlar açıqlama verməklə vaxt və enerji sərf edirlər”.

R.Məcidin sözlərinə görə, əgər media hansısa yazını sifarişlə hazırladırsa, o zaman qonorar ödənilməsi həm ədalətli, həm də iqtisadi baxımdan vacibdir:

“Hazırda elə bir vəziyyət yaranıb ki, jurnalistlər istənilən ekspertə zəng edib açıqlama ala biləcəyini düşünür. Amma açıqlama verməmək və ya onu ödənişli etmək də ekspertin hüququdur. Mən burada qeyri-adi heç nə görmürəm. Sadəcə, arzulayıram ki, mediamızın maddi imkanları artsın və dəyərli ekspertlərə qonorar vermək imkanı olsun”.

APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı isə qeyd edib ki, dünya praktikasında bəzi ekspertlər media ilə qonorar əsaslı əməkdaşlıq edir:

Ekspertin mediadan qonorar tələbi: Dünyada və bizdəki reallıqlar

“Bizdə də müəyyən ekspertlər var ki, analitik yazılar və ya araşdırmalar hazırlayır, buna görə qonorar alırlar. Beynəlxalq praktikada isə məşhur şəxslərin müsahibələri və açıqlamaları mediaya böyük auditoriya və gəlir gətirdiyi üçün bu şəxslərə qonorar ödənir. Məsələn, bir neçə il əvvəl ABŞ-də televiziya Britaniya krallıq ailəsinin üzvləri – Megan Markl və Harri ilə müsahibə üçün böyük məbləğ ödəmişdi. Amma həmin verilişin reklam gəlirləri xərclənən vəsaiti ikiqat üstələmişdi”.

Onun sözlərinə görə, Azərbaycan reallığında belə hallar hələ formalaşmayıb:

“Bizdə hələ elə ekspert və ya tanınmış şəxs yoxdur ki, onun açıqlaması mediaya maliyyə qazancı gətirsin. Buna görə də hər açıqlamaya görə qonorar tələb etmək reallığa uyğun deyil”.

V.Mahirqızı əlavə edib ki, xüsusilə siyasətçilər və siyasi ekspertlərin açıqlama üçün ödəniş istəməsi peşə etikasına ziddir:

“Media açıqlama üçün ekspertə pul ödəyirsə, obyektivlik sual altına düşür. Bu, həm medianın, həm də ekspertin müstəqilliyinə xələl gətirə bilər. Peşəkar ekspert obyektiv və qərəzsiz mövqedə qalmalıdır”.

Onun fikrincə, sosial media reallığı da bu məsələdə yeni vəziyyət yaradıb:

“Məşhur şəxslər artıq öz səhifələrində həyatlarına dair məlumatları açıq paylaşırlar. Amma media həmin məlumatları yayımlayanda etiraz edirlər. Halbuki bu məlumat artıq açıq müstəviyə çıxıb və eksklüzivlik dəyərini itirib”.

Sonda V.Mahirqızı vurğulayıb ki, yalnız media tərəfindən sifariş verilmiş analitik yazı, araşdırma və ya layihə çərçivəsində ekspertlərə qonorar ödənilməsi başadüşüləndir:

“Çünki burada konkret əməyə, vaxt və təcrübəyə görə ödəniş edilir. Amma hər açıqlama üçün ekspertlik xidməti adı altında pul tələb etmək indiki şəraitdə nə ciddi, nə də əsaslı yanaşmadır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv