Viktoriya Bekhem məktəbdə təqiblərə məruz qaldığından gileylənib

Viktoriya Bekhem məktəbdə təqiblərə məruz qaldığından gileylənib






presstv

"Presstv"az #Audi, #Siqaret, #Viktoriya Bekhem

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müğənni və dizayner Viktoriya Bekhem gileylənib ki, vaxtilə bir mental xüsusiyyətinə görə məktəbdə sinif yoldaşları tərəfindən təqiblərə məruz qalıb.

presstvaz xəbər verir ki, o bu barədə “Call Her Daddy” podkastında danışıb.

51 yaşlı britaniyalı ulduzun sözlərinə görə, uşaqlıqda utancaq və çəlimsiz qız olub, özü-özünə disleksiya və diskalkuliya diaqnozu qoyub. Yazı yazanda, riyaziyyatı öyrənməkdə çətinlik çəkib. Buna görə də sinif yoldaşları tərəfindən daima masqaraya qoyulub.

“Amma bütün bunlar məni güclü etdi, çünki kollecdə də məni təqib etməyə başladılar. Yetərincə yaxşı olmadığımı, düzgün görünmədiyimi söyləyirdilər. Deyirdilər ki, səhnədə çıxış etmək üçün çox kütəm. Bütün bunlar məndə güclü olmaq əzmi yaradırdı”, – deyə o xatırlayıb.

Bekhemin sözlərinə görə, heç vaxt həmyaşıdları ilə qaynayıb-qarışa bilməyib, çünki onlar məktəbdən sonra siqaret çəkib, əylənəndə, o, rəqslə və ya dram sənəti ilə məşğul olub.

“Dərim çox pis idi, qorxunc sızanaqlara bürünmüşdü, saçlarım isə solğun idi. Yadımdadır ki, uşaq meydançasında həmişə tək dayanırdım. Uşaqlar gölməçənin içindən tənəkə qutularını götürüb mənim üstümə tolazlayırdılar. Məktəbdə mənə həm fiziki, həm də mənəvi əziyyətlər verirdilər”, – deyə ulduz əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv