Bəşir Süleymanlıya ittiham elan edilib

Bəşir Süleymanlıya ittiham elan edilib






presstv

"Presstv"az #ABŞ, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Paris, #Vəzifə, #Vəzifə saxtakarlığı, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.

İttihama görə, Bəşir Süleymanlı Parisdə fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq vəsait qrantı tamah məqsədilə ələ keçirib. O bu əməli törədərkən Mehriban Rəhimli və digərləri ilə cinayət əlaqəsinə girib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib və alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.

Bəşir Süleymanlı ona elan edilən ittihamla özünü təqsirli bilməyib.

Növbəti proses noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv