"İşıqda yatmaq infarkta səbəb olur"

"İşıqda yatmaq infarkta səbəb olur"






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərədə aparılan 10 illik geniş tədqiqat nəticəsində məlum olub ki, işıqda yatmaq müxtəlif ciddi sağlamlıq problemləri riskini artırır.

presstvaz xəbər verir ki, araşdırmaya 90 min insan cəlb olunub və uzun müddətli müşahidələr göstərib ki, işıqda yatmaq ürək-damar xəstəlikləri, infarkt, ürək çatışmazlığı və hətta şəkər xəstəliyi hallarının daha çox baş verməsi ilə bağlıdır.

Mütəxəssislərin izahına görə, bədənimiz təbii olaraq qaranlıqda yatmaq üçün tənzimlənib. Qaranlıq mühitdə stres hormonlarının səviyyəsi azalır, qan təzyiqi düşür və bədən daha yaxşı dincəlir. Bu isə sağlam yuxunun və ümumi sağlamlığın qorunmasına yardım edir.

Tibb elmi gecə yatarkən işığın minimuma endirilməsini tövsiyə edir. Ekspertlər xüsusilə mobil telefon, televizor və digər süni işıq mənbələrinin yatarkən azaldılmasının vacib olduğunu vurğulayır.

Nəticə göstərir ki, sağlamlıq üçün qaranlıq mühitdə yatmaq yalnız rahat yuxu deyil, həm də uzunmüddətli sağlamlıq üçün mühüm amildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv