"Powerbank"ınız bu hala gəlibsə – Partlayacaq

"Powerbank"ınız bu hala gəlibsə – Partlayacaq






presstv

"Presstv"az #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Powerbankların partlama riski barədə xəbərdarlıq edilib.

presstvaz-ın məlumatına görə rusiyalı ekspert Kristina Vişnevenskaya açıqlamasında bildirib ki, bu cür təhlükə beş əsas əlamətlə özünü göstərə bilər.

Ekspertin sözlərinə görə, cihazın korpusunun şişməsi, kəskin kimyəvi qoxunun yaranması, az yüklə belə həddindən artıq isinməsi, batareya hissəsində qəribə səslərin eşidilməsi, eləcə də enerjinin tez tükənməsi və qəfil sönməsi təhlükə siqnalıdır.

Vişnevenskaya qeyd edib ki, mexaniki zədələr, yüksək temperatur, qeyri-orijinal adapterlər, suyun daxil olması və ya istehsal qüsuru batareyaların nasaz işləməsinə səbəb ola bilər.

O, belə hallarda cihazdan dərhal istifadəni dayandırmağı, şarjdan ayırmağı və alovlana bilən materiallardan uzaq saxlamağı tövsiyə edib.

Ekspert əlavə edib ki, nasaz batareyanı evdə saxlamaq və ya özbaşına təmir etməyə çalışmaq təhlükəlidir. Onun sözlərinə görə, ən doğru addım cihazı servisə və ya utilizasiya məntəqəsinə təhvil verməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv